Xeyirxah “Biz Sizinləyik” deyəcək

Oktyabrın 5-də “Avenue Hotel Baku”da bir çox məşhurların da iştirakı ilə “Biz Sizinləyik” devizi altında tədbir keçiriləcək. Xeyirxah Platformasının üzvü Almaz Əliyevanın təşkilatçılığı ilə baş tutacaq tədbirə xərçəng xəstəliyindən əziyyət çəkənlər qatılaraq əyləncəli vaxt keçirə bilərlər. Platforma bununla onlara mənəvi dəstək verməyə çalışır. Tədbir zamanı yığılan maddi vəsait isə qaraciyər xərçəngindən əziyyət çəkən balaca Məhəmmədin əməliyyatına yönləndiriləcək.

Qeyd edək ki, 08.07.2017-ci il təvəllüdlü Məmmədov Məhəmməd Murad oğluna Qaraciyər xərçəngi (Xərçəngin növü: Bəd xassəli Gepatoplastoma, 13 sm törəmə) diqanozu qoyulmuşdur. Ona yardım etmək istəyənlər Milliön aparatından Bank xidmətlərini seçməklə “Azər Türk Bank”da olan 613863162168308 kart hesabına köçürmə edə bilərlər.

Bağla