Xeyirxahın planlaşdırdığı tədbir baş tutdu

Cari ayın 5-də xərçəng xəstəliyindən əziyyət çəkən insanlara stimul vermək məqsədilə “Biz Sizinləyik” devizi altında tədbir keçirilmişdir. “Avenue Hotel Baku”da Platformanın üzvü Almaz Əliyevanın təşkilatçılığı, Nərgiz Cəlilova və Azər Süleymanlının aparıcılığı ilə keçirilən tədbirdə Həyat Fondunun prezidenti və Xeyirxah Platformasının fəxri rəhbəri Hacı Nuran Hüseynov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Platformanın ulduz səfiri Elnarə Xəlilova, Zamiq Hüseynov, Sevda Yəhyayeva, Emil Bədəlov, DJ Ququ, xəbər aparıcısı Ceyhun Əli, yazıçı Səidə Haqverdiyeva, şoumen Murad Dadaşov və digər tanınmışlar iştirak edib.  Tədbirdən yığılan vəsait isə balaca Məhəmmədin əməliyyatına yönəldiriləcək.

Xatırladaq ki, 08.07.2017-ci il təvəllüdlü Məmmədov Məhəmməd Murad oğluna Qaraciyər xərçəngi (Xərçəngin növü: Bəd xassəli Gepatoplastoma, 13 sm törəmə) diqanozu qoyulmuşdur. Onun əməliyyatı üçün 30.000 ABŞ dolları tələb olunur. Ona yardım etmək istəyənlər Milliön aparatından Bank xidmətlərini seçməklə “Azər Türk Bank” da olan 613863162168308 kart hesabına köçürmə edə bilərlər.

 

Bağla