Xeyirxah “Səssiz Qəhrəman” işarə dili təlimlərinə start verir

Xeyirxah Platforması Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı və işarə dili üzrə tanınmış təlimçi Nuranə Abıyeva ilə birgə təlim proqramına start verir.

Missiyamız qəlbi qüsursuz, lakin eşitmə və danışma məhdudiyyətli şəxsləri anlayıb dinləmək, onlarla ünsiyyət qurmağı bacarmaqla qəhərəmanınaa çevrilmək istəyən gənclərə işarə dilininin öyrədilməsinə dəstək verməkdən ibarətdir. Proqramın davamında iştirakçılarla birgə müxtəilf tədbirlərin görülməsi nəzərdə tutulur.

Təlim iştirakçılarının işarə dilinə olan həvəs və marağını yoxlamaq, seçilən iştirakçıların uyğun qruplar üzrə bölünməsi məqsədilə qeydiyyatdan keçənlər müsahibə mərhələsinə dəvət olunduqdan sonra iştirak hüququnu əldə edənlər üçün təlim proqramına başlanacaq.

Müraciət etmək istəyənlər BURADAN qeydiyyatdan keçməlidir.

Son müraciət tarixi: 31oktyabr 2018-ci il

Bağla