Xeyirxah yardımsevər insanları “estafet” aksiyasına dəvət edir

Xeyirxah yardımsevər insanlara güvənib “#1manat, #1can” devizi altında yardım aksiyasına start verir. 1968-ci il təvəllüdlü, 2 övlad anası olan Beybutova Durna Qarabala qızı xərçəng xəstəliyindən əziyyət çəkir. Hazırda Türkiyədə “Ankara Numune Eğitim ve Araştırma Hastanesi”də müalicəsini davam etdirən ananın ailəsinin maddi imkanı zəif olduğundan xeyirxah insanlardan yardım istənilir. Hər kəsi ailənin dar günündə onlara dəstək verməyə və “estafet” aksiyasında aktiv iştirak etməyə çağırırıq. Bunun üçün “Milli ÖN” ödəmə nöqtəsindən 1 manat ianə edib şəklini “instagram” üzərindən paylaşaraq estafeti ötürmək kifayətdir. Siz 1 manat məbləğində ianə edib estafeti 3 dostunuza ötürməklə yardım aksiyasının ictimailəşdirilməsi və lazım olan məbləğin tezliklə toplanılması, ən əsası, bir ananın sağalmasına vəsilə ola bilərsiniz.

Xəstənin yaxını ilə əlaqə: 051 412 74 60

Kapital Bank hesabı: 4169741358950093

 

 

Bağla