Jest dili üzrə tərcümə olimpiadası keçirilir

Xeyirxah Platforması “Kainat” Tədris Mərkəzi və  Deaf Community ilə birgə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Jest dili üzrə tərcümə olimpiadası”na start verir.

Olimpiadanın əsas məqsədi danışma və eşitmə məhdudiyyəti olmayan insanlar arasında bu dilin təbliği, bununla belə, danışma və eşitmə məhdudiyyətli insanlara dəstək olunmasından ibarətdir.

Layihədə iştirak etmək üçün müraciət edənlər seçim mərhələsinə dəvət olunacaq. Seçim mərhələsini uğurla keçənlər isə yarımfinal və final mərhələsində bu dil üzrə biliklərini yoxlayacaq. Danışdığımız dildən jest dilinə və əksinə tərcümədən ibarət yarışmada münsiflər heyətinin rəyi əsasında seçilən 1, 2 və 3-cü yerin sahibləri “Kainat” Təhsil Mərkəzi tərəfindən uyğun olaraq 1000, 500 və 300 manatlıq təhsil kuponu ilə mükafatlandırılacaq.

Son müraciət tarixi: 05.05.2019

İştirak etmək istəyənlər buradan müraciət edə bilərlər.

Bağla