II Nəfəs Festivalının biletləri artıq satışdadır.

Xeyirxah 23 may saat 20:00 “II Nəfəs Festivalı” adlı konsert proqramı keçirəcək.

“Elektra Events Hall”-da keçirilən konsert proqramında məşhurlardan Elnarə Xəlilova, Ramil Nabran, Ayaz Babayev, Vəfa Şərifova, İslam Əlizadə, Aydın Sani, Aysun İsmayılova, Azad Şabanov, Şəbnəm Tovuzlu, Emil Bədəlov, Xatirə İslam, İradə Mehri, Lətafət Ələkbərova, Fərhad Xəlif, Nahidə Babaşlı, Nəfəs, Şəbnəm Qəhrəmanova, Nuray Rəhman, Pərvanə, Rəsul Əfəndiyev, Sima Nəsirova, Nihad Məlikov, Vüsal Əliyev, Ayan Babakişiyeva sevilən mahnılarla çıxış edəcək. Mətanət Əliverdiyava və Ceyhun Aresin aparıcılığı ilə baş tutan konsert DJ Ququnun təqdimatında after party ilə davam edəcək.

Qeyd edək ki, konsertin bilet satışından əldə olunan gəlir 9 yaşlı Zəhra üçün  başladılan aksiyaya yönləndiriləcək.

Biletləri şəhərin bütün mərkəzi kassalarından və ASAN Xidmət mərkəzlərindən 10 manata əldə edə bilərsiniz.

Əlaqə telefonu: 077 288 36 66

Bağla