Ümumi məlumat


Xeyirxah Platforması 2018-ci il aprel ayının 25-də bir qrup gəncin təşəbbüsü ilə yaradılıb. Fəaliyyətimizin əsas istiqaməti müxtəlif xeyriyyə aksiyalarının təşkilindən ibarətdir. Xeyirxah cəmiyyətin faydalanacağı innovativ layihələr və aksiyalar çərçivəsində müxtəlif istiqamətlərdə tədbirlərin təşkilini də nəzərdə tutur. Komanda heç bir kommersiya məqsədi güdmür və daim yeniliklərlə öz işinə davam etməyi hədəf seçib.