Şaxta baba Zəhra üçün kömək istədi


Şaxta baba Platformamızın dəstəyi ilə "Uşaq serebral iflici" xəstəliyindən əziyyət çəkən Zəhraya baş çəkdi. O, Zəhraya və onun qardaşına bayram sovqatı verdikdən sonra hər kəsə səslənərək Zəhra üçün kömək istədi.

Xeyirxah Şaxta babanın video müraciətinə "facebook" üzərindən buradan, "instagram" üzərindən isə buradan baxa bilərsiniz.

Xatırladaq ki, 18.05.2010 təvəllüdlü Abbasova Zəhra Orxan qızının ailəsinin maddi vəziyyəti onu əməliyyatına imkan vermir. Ölkə xaricində dəfələrlə müalicə alan Zəhranın ailəsi evini də sataraq onun müalicəsinə xərcləmişdir. Atası ailəsini tərk edərək Rusiyaya üz tutub. Hal-hazırda Binəqədi rayonunda kirayədə qalan ailənin ümidi xeyirxah insanlaradır.

Yardım etmək istəyələr üçün Bank hesabı və əlaqə telefonlarını qeyd edirik:

Bank Respublikada hesab nömrəsi: 380194401970324601
Şəxsiyyət vəsiqəsinin nömrəsi: 14563187
“Milli ÖN” və “E-Manat” ödəmə nöqtələrindən ianə etmək mümkündür.

Xeyirxah Platforması: 077 288 36 66
Zəhranın ailəsi ilə əlaqə: 055 944 55 60