Xeyirxah "Üzünüzü güldürən oyun"u təqdim etdi


Xeyirxah Yeni ilin gəlişi münasibətilə, 2018-ci ilin son günündə İnformasiya Texnologiyaları sahəsində fəaliyyət göstərən “Developing.az” ilə birgə "Üzünüzü güldürən oyun"u təqdim edir.

spin.xeyirxah.com üzərindən yayımlanan oyunun əsas məqsədi insanların üzündə təbəssüm yaratmaq, motivasiya vermək və həvəslənirməkdən ibarətdir.

Qeyd edək ki, növbəti mərhələdə oyun yeni versiyada təqdim ediləcək.