Xeyirxah “Onu sən yaşat” devizi altında xeyriyyə aksiyasını başlamışdır


Xeyirxah ağır xəstəlikdən əziyyət çəkən Tural Hacıyev üçün “Onu sən yaşat” devizi altında xeyriyyə aksiyasını başlamışdır. Aksiyanın baş tutması üçün könüllülərdən ibarət komanda yığılmış və komanda tərəfindən müxtəlif işlər görüləcəkdir. Xeyirxah sizləri məbləğindən asılı olmayaraq Tural üçün ianə etməyə, aksiya çəçrivəsində işlərin görülməsi üçün əməkdaşlıq etməyə dəvət edir.

Ağır xəstəlikdən əziyyət çəkən Tural Hacıyev üçün “onu sən yaşat” devizi altında xeyriyyə aksiyasına start verilib. Hacıyev Tural Rafiq oğlu 21 avqust 1987-ci ildə Beyləqanda anadan olub. Turala xroniki virus hepatiti “B” diaqnozu qoyulmuşdur və qaraciyər çatışmazlığından əziyyət çəkir. Həkimlərin nəzarətində olan 30 yaşlı Tural təcili əməliyyat olunmalıdır.

Məlumat üçün bildiririk ki, əməliyyatın keçirilməsi üçün donor olsa da 60000 (altmış min) manat pula ehtiyac var. Ailəsinin maddi vəziyyəti aşağı olduğuna görə əməliyyat üçün lazım olan məbləği ödəyə bilmir. Bu səbəbdən də Turalın ailəsi xeyirxah insanlardan kömək istəyir. Turalın sağlamlığına qovuşması, yenidən normal həyata qayıtması bizim əlimizdədir. Bizim göstərdiyimiz ən kiçik kömək belə Tural üçün çox əhəmiyyətlidir.

Qeyd edək ki, “Onu sən yaşat” devizi altında keçirilən xeyriyyə aksiyası çərçivəsində müxtəlif işlərin görülməsi nəzərdə tutulur.

Turala yardım etmək istəyənlər üçün bank hesabı nömrəsini qeyd edirik:

Bank Respublikada hesab nömrəsi: 380194400160668401

Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE № 08511526

“Milli ÖN” və “E-Manat” ödəmə nöqtələrindən ianə etmək mümkündür.

Aksiya ilə bağlı əlaqə telefonu: 077 288 36 66

Turalın atası ilə əlaqə: 070 661 71 22