Məşhur rep ifaçısından xeyriyyə aksiyasına dəstək gəldi


Xeyirxah tərəfindən qaraciyər çatışmazlığından əziyyət çəkən Tural Hacıyev üçün  “Onu SƏN Yaşat” devizi altında həyata keçirilən aksiya çərçivəsində başlanan estafetə gənclərin sevimlisi Ramil Nabrandan da dəstək gəlmişdir. Belə ki, o, estafeti qəbul etmiş, digər məşhurlara ötürərək instagram hesabında paylaşmışdır. Xeyirxah Ramil Nabrana dərin təşəkkürümüzü bildiririk.

Aksiyanın daha geniş kütləyə çatması üçün hər kəsdən dəstək gözləyirik.Aksiyaya dəstək vermək üçün “Milli ÖN” və “E-Manat” ödəmə nöqtələrindən ianə etdikdən sonra “instagram” üzərindən qəbzin şəklini paylaşmaq və estafeti bir neçə nəfərə ötürmək gərəkdir.