Tural Hacıyev ölkə başçısının tapşırığı ilə əməliyyat olundu


“Onu sən yaşat!” devizi altında yardım aksiyasına başladığımız Tural Hacıyev uğurla əməliyyat olunub. Xatırladaq ki, ölkə başçısı, cənab prezident İlham Əliyev fevral ayında Beyləqanda sakinlərə görüşü zamanı Turalın atasının müraciətini dinləmiş və köməklik edilməsi ilə bağlı dərhal tapşırıq vermişdir. İyun ayında isə Tural “Bona Dea Beynəlxalq Hospitalı”nda əməliyyat olundu. Platformamızın nümayəndəsi Milli Məclisin deputatı Şahin İsmayılov ilə birgə əməliyyatdan sonra Turala baş çəkib.

Bu nəcib və xeyirxah əmələ görə ölkə başçısına sonsuz təşəkkürümüzü bildiririk.