Xeyirxah uşaq sığınacağında əyləncəli tədbir keçirdi.


17.06.2018-ci il tarixində Xeyirxah Platforması Azərbaycan Tibb Universitetində təhsil alan bir qrup tələbələr ilə birgə Bakı şəhərində yerləşən uşaq sığınacaqlardan birində əyləncəli tədbir keçirmişdi. Tədbirə qatılan DJ Ququ, şən klounlar və musiqili qonağımız Könül Məmmədli balaca mələkləri sevindirib onları əyləndirdilər. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə başda olmaqla xeyirxah dəstəkçilərimizə təşəkkürümüzü bildiririk.