Xeyirxah Şaxta Babanı ona məktub yazan 5-ci sinif şagirdi ilə görüşdürdü


Xeyirxah Platformasının təşkilatçılığı ilə Şaxta Baba Lerik rayonundan ona məktub yazan 5-ci sinif şagirdi Nizama baş çəkərək bayramını təbrik etdi. Nizam onun dəvətini qəbul edərək qarlı dağlar aşıb gələn Şaxta Babanın gəlişinə çox sevindi. Şaxta Babaya şeir danışan Nizam dərslərini daha da yaxşı oxuyacağına söz verdi.

Məktubu aldıqdan cəmi bir neçə saat sonra görüşü reallaşdırmaq üçün bizə dəstək verən hər kəsə sonsuz təşəkkürümüzü bildiririk.

Videonu buradan izləyə bilərsiniz.