Xeyirxah “Uşaqlar üçün oxu” devizi altında aksiya keçirir


Bildiyiniz kimi, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.

Xeyirxah bununla əlaqədar “Uşaqlar üçün oxu” devizi altında sosialyönümlü aksiya keçirir. Aksiya çərçivəsində həvəskar və ya tanınmış olmasından asılı olmayaraq ifaçılar hər hansı mahnıdan bir parça ifa edərək #UşaqlarÜçünOxu haştağı ilə paylaşımlar edir.

Aksiyanı keçirməklə məqsəd gələcəyimiz olan uşaqlara qayğı göstərmək, onları diqqətdə saxlamaq üçün çağırışlar etməkdən ibarətdir.