9 yaşlı Zəhra üçün yardım aksiyası keçirilir


Zəhra kimdir və bu aksiya nə üçündür?


18.05.2010 təvəllüdlü Abbasova Zəhra Orxan qızı UŞAQ SEREBRAL İFLİCİ xəstəliyindən əziyyət çəkir. Həkimlərin dediyinə görə 9 ildir müalicə alan Zəhranın beyin mədəciklərinə maye toplanıb. Bu səbəbdən o təcili əməliyyat olunmalıdır. Əməliyyatın qiyməti 26000 (iyirmi altı min) manatdır. Əməliyyatdan sonra isə o müalicə ilə tam sağalacaq. Həyat dolu Zəhranın və ailəsinin acı həyat hekayəsi var. Ölkə xaricində dəfələrlə müalicə alan Zəhranın ailəsi evini də sataraq onun müalicəsinə xərcləmişdir. Atası ailəsini tərk edərək Rusiyaya üz tutub. Hal-hazırda Binəqədi rayonunda kirayədə qalan ailənin ümidi xeyirxah insanlaradır.

Yardım aksiyasının yayılmasında və lazım olan məbləğin toplanmasında sizin həmrəyliyiniz çox vacibdir. Hər kəsi həyat dolu Zəhraya yardım etməyə çağırırıq. Verəcəyiniz 1 manat, eləcə də elanı paylaşmağınız Zəhra üçün bir ümiddir. Onun qəhrəmənı ol!

Bank Respublikada hesab nömrəsi: 380194401970324601
Şəxsiyyət vəsiqəsinin nömrəsi: 14563187

“Milli ÖN” və “E-Manat” ödəmə nöqtələrindən ianə etmək mümkündür.


Aksiya ilə bağlı əlaqə telefonu: 077 288 36 66
Zəhranın ailəsi ilə əlaqə: 070 944 55 60