Aztəminatlı ailələrə ərzaq yardımı ilə bağlı layihə reallaşdırılıb


Xeyirxah daha bir yardım aksiyasının reallaşdırılmasına təşkilati dəstək verib.

“Mədəniyyət Dalğası” yaradıcılığın təşviqi ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, “Xeyirxah” Platformasının təşkilati dəstəyi ilə reallaşdırdığı “Koronavirus pandemiyası ilə əlaqədar aztəminatlı ailələrə ərzaq yardımı” adlı layihə çərçivəsində 81 ailəyə “Hədiyyə kart”larını təqdim edib. Layihənin əhatə etdiyi ailələr həmin kartların keçərli olduğu marketlərdə 50 manatlıq alış-veriş edə bilərlər.

Xatırladaq ki,  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının çağırışına bir çox Qeyri Hökümət Təşkilatları qoşularaq qrant layihələrini pandemiyadan zərər çəkən aztəminatlı ailələrə yardım edilməsinə yönəldib.