Xeyirxah “Əlilliyi olan şəxslərlə davranış qaydaları”ndan bəhs edən videoçarxı təqdim etdi


Xeyirxah Platforması olaraq “Azərbaycan Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyinin təsisçisi və sədri, Azərbaycan teleməkanında ilk əlil arabasında aparıcı və jurnalist Amid Həsənquliyevin təqdimatında “Əlilliyi olan şəxslərlə davranış qaydaları”ndan bəhs edən videoçarxı təqdim etdik.

Qeyd edək ki, Beynəlxalq Əlillər Günü ərəfəsində təqdim olunan videoçarx əlilliyi olan şəxslərlə davranış qaydaları və onlara müraciət formalarını təbliğ etmək, eləcə də bu qaydaların internet üzərindən əlçatanlılığını təmin etmək məqsədilə ərsəyə gətirilib.