Fəxri rəhbər


Hacı Nuran Hüseynov

Tanınmış televiziya aparıcısı və xeyriyyəçi Hacı Nuran Hüseynov 31 yanvar 1977-ci ildə Bakıda, ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur, fəlsəfə doktoru və dosent adını qazanmışdır. Daha sonra Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 1994-cü ildə “Şərq” informasiya agentliyində müxbir kimi işləməyə başlamışdır. “Sağlam ol”, “Mərhəmət sorağında”, “Xeyrə doğru”, “Həsrət bitsin”, “Xeyir Körpüsü”, “Vətənimdir Azərbaycan”, “Həyat”, “Həyat gözəldir” verilişlərinin aparıcısı olmuşdur. 2012-ci il “İlin Xeyriyyəçisi” mükafatı ilə təltif olunub. Hal-hazırda iki ayrı televiziya kanalında “İkinci həyat” və “Xeyir körpüsü” verilişlərini həyata keçirir. “Həyat Fondu”-nun rəhbəridir. 50-dən çox ölkədə olub. İngilis, alman, rus, türk dillərini bilir.

Xeyirxah Nuran Hüseynov 2018-ci ilin iyun ayında yeni yaradılan Xeyirxah Platformasının fəaliyyətində göstərdiyi dəstəyə görə Platformanın Fəxri Rəhbəri adı ilə təltif olunmuşdur.