Şəmkirdə 143 aztəminatlı ailəyə ərzaq yardımı paylanıldı


Buta.ws-in Qərb bürosu xəbər verir ki, Şəmkir rayonunda 143 aztəminatlı ailəyə ərzaq yardımı paylanılıb.

Yardım aksiyası Şəmkir Xeyriyyəçilər Birliyi tərəfindən həyata keçirilib. Belə yardım aksiyalarının rayonda mütəmadi təşkil olunduğu söylənilib.

Aksiyada Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri də yaxından iştirak ediblər.Könüllü gənclər xeyriyyə aksiyası çərçivəsində 143 aztəminatlı, kimsəsiz ailələr üçün müxtəlif ərzaq məhsullarından ibarət sovqatların qablaşdırılması və çatdırılmasında yaxından iştirak ediblər.

Mütəmadi olaraq həyata keçirilən bu aksiya sakinlər tərəfindən yüksək qiymətləndirilib.

 

Mənbə: https://aqreqator.az/az/cemiyyet/857794