Ucarda qurban bayramı münasibətilə aztəminatlı ailələrə yardım edilir


Ucarda qurban bayramı münasibətilə yardım aksiyası keçirilir. Xeyirxah Deputat Ramil Həsənin "Facebook" hesabında bununla bağlı paylaşımını olduğu kimi təqdim edir:

"QURBANDA BAYRAMLAŞAQ! Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi tədbirlərə dəstək olaraq, Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının təşkilatçılığı və xeyirsevər insanların yaxından dəstəyi ilə Qurban bayramında tənha və kimsəsiz insanlara, o cümlədən qayğıya ehtiyacı olan ailələrə qurban paylarının verilməsinə başlamışıq. Bu, xeyirxah layihədə bizimlə birlikdə olaraq öz töhfəsini verən dostlarımıza dərin təşəkkürümüzü bildiririk".